• Bakı 19° C

    4.05 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Avropa İttifaqı biznes üçün cəlbediciliyini itirir

DÜNYA

11 Yanvar 2025 | 19:30 | Müəllif: Subhan Mahmudov

Avropa İttifaqı biznes üçün cəlbediciliyini itirir

Avropa iqtisadiyyatı həddindən artıq bürokratiya və yüksək enerji qiymətləri səbəbindən rəqabət qabiliyyətini və investorlar üçün cəlbediciliyini itirir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DPA agentliyi Avropa Komissiyasının hesabatına istinadən məlumat yayıb.

Hesabatın məlumatları göstərib ki, 2008-2021-ci illər arasında qiyməti 1 milyard dolları keçən Avropa startaplarının demək olar ki, üçdə biri ofislərini Aİ hüdudlarından kənara (əsasən ABŞ-a) köçürüb.

Üstəlik, dünyanın 50 ən böyük texnologiya şirkətindən yalnız 4-ü Avropadadır və Avropada isə əmək məhsuldarlığı ABŞ-dan aşağı olaraq qalır.

Sənəddə həmçinin qeyd olunub ki, enerjinin yüksək qiyməti (ABŞ-dan iki-üç dəfə yüksəkdir), ixtisaslı mütəxəssislərin çatışmazlığı və mürəkkəb bürokratik sistem Avropa iqtisadiyyatının inkişafına mane olan əsas amillərdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026