• Bakı 29° C

    2.5 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

Avropa Cüdo Ümidləri Turnirinin açılış mərasimi keçirilib

İDMAN

25 Iyul 2026 | 19:56

Avropa Cüdo Ümidləri Turnirinin açılış mərasimi keçirilib

Abşeron Olimpiya İdman Kompleksində Avropa Cüdo Ümidləri Turnirinin açılış mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli çıxışında ölkəmizin bu yarışa ikinci dəfə ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib. O bildirib ki, turnir yeniyetmə cüdoçular üçün beynəlxalq təcrübə qazanmaq, müxtəlif cüdo məktəblərinin nümayəndələri ilə qüvvələrini sınamaq və yeni dostluqlar qurmaq baxımından mühüm əhəmiyyət daşıyır. Elnur Məmmədli, həmçinin göstərilən etimada görə Avropa Cüdo Birliyinə təşəkkürünü bildirib.

Avropa Cüdo Birliyinin (EJU) baş idman komissarı Sergey Oleynik isə EJU prezidenti Laslo Totun adından iştirakçıları salamlayıb. O, Azərbaycanda yaradılan yüksək təşkilatçılıq və qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib, turnirin keçirilməsində əməyi olan bütün komanda üzvlərinə minnətdarlığını çatdırıb.

Rəsmi çıxışlardan sonra Avropa Cüdo Ümidləri Turniri açıq elan olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Iyul 2026