• Bakı 22° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Astarada torpaq sürüşməsi aktivləşib, 9 ailə köçürülüb - RƏSMİ

HADİSƏ

10 Mart 2021 | 13:02

Astarada torpaq sürüşməsi aktivləşib, 9 ailə köçürülüb - RƏSMİ

Astaranın Şümrüd kəndində ötən ildən başlayan torpaq sürüşməsi son yağan yağışlardan sonra daha da aktivləşib.

Bakıvatxı.az xəbər verir ki, bu barədə Trend-ə Astara rayon İcra Hakimiyyətindən bildiriblər. Bildirilib ki, torpaq sürüşməsi səbəbindən ərazidə yaşayan 18 ailədən 9-u artıq köçürülüb:

“Sürüşmə təqribən ötən ilin payız aylarından başlayıb və son günlər daha da aktivləşməyə doğru gedir. Təhlükəli əraziyə yaxın olan 9 ailə artıq köçürülb və RİH tərəfindən hər birinə 4 ayılıq 400 manat ayrılıb. Sürüşmə bu zonada daha əvvələr də baş verirdi, sadəcə o vaxtlar yaşayış olmayan yerlər idi”.

RİH-dən əlavə edilib ki, hadisə ilə bağlı Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinə məlumat verilib:

“Onlar hadisə yarinə də baxış keçiriblər”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026