• Bakı 19° C

    3.86 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Asif Nəsirlinin dəfn mərasimi - Burada olacaq

CƏMİYYƏT

06 May 2026 | 09:27 | Müəllif: Əli Hüseynov

Asif Nəsirlinin dəfn mərasimi - Burada olacaq

Xəbər verdiyimiz kimi, Milli Onkologiya Mərkəzinin Şüa terapiya şöbəsinin həkim-radioloqu Asif Akif oğlu Nəsirli vəfat edib.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, mərhum bu gün doğulub boya-başa çatdığı Göyçay rayonunun Qaraxıdır kəndində dəfn olunacaq.

Bildirilib ki, dəfn mərasimində rayon rəhbərliyinin, eləcə də Səhiyyə Nazirliyinin yüksək vəzifəli nümayəndələrinin iştirakı gözlənilir.

Qeyd edək ki, dəfn mərasimindən sonra mərhumun xatirəsinə ehsan süfrəsi təşkil olunacaq.

Xatırladaq ki, həkim-radioloq A. Nəsirli 2008-ci ildən Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsində və Uşaq klinikasında radiasiya onkoloqu vəzifəsində çalışıb.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Oktyabr 2026