q
  • Bakı 15° C

    3.92 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.318

Anar Quliyev: "WUF13 mühüm bir irs qoyacaq"

DÜNYA

17 May 2026 | 18:57

Anar Quliyev: WUF13 mühüm bir irs qoyacaq

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) şəhər inkişafı və şəhərsalma siyasəti sahəsində əhəmiyyətli iz buraxacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev forumun ilk gününün yekunlarına dair çıxışında bildirib. Onun sözlərinə görə, forumun Bakıda keçirilməsi xüsusi dəyərə malikdir, çünki bu, Azərbaycanın mənzil və şəhərsalma məsələlərinin həllindəki təcrübəsini beynəlxalq ictimaiyyətə nümayiş etdirməyə imkan verir: "Böyük Bakının transformasiyasından tutmuş Qarabağın və Şərqi Zəngəzurun bərpasına qədər öz təcrübəmiz göstərdi ki, şəhər planlaşdırması və mənzil siyasəti yalnız texniki vəzifələr deyil, həm də dayanıqlılığın, sabitliyin və uzunmüddətli inkişafın təmin edilməsi üçün strateji alətlərdir.

Bizim məqsədimiz sadəcə tikinti deyil, daha ekoloji və dayanıqlı şəhər inkişafı modelinin yaradılmasıdır. Bunlar bizim öz milli təcrübəmizdən çıxardığımız dərslərdir və biz bu qlobal platformada onları bölüşməkdən məmnunuq", - o, WUF13-ün mühüm bir irs qoyacağını qeyd edərək bildirib. Sədr həmçinin vurğulayıb ki, forum dayanıqlı şəhər inkişafı sahəsində təcrübə mübadiləsinə və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə də öz töhfəsini verir.


SON XƏBƏRLƏR