ANAMA işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlar barədə həftəlik məlumat açıqlayıb.
ANAMA-dan Bakıvaxtı.az-a bildirilib ki, fevralın 1-dən 5-ə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı,Cəbrayıl və Zəngilanda 7 piyada əleyhinə mina, 10 tank əleyhinə mina və 42 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 51.3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
















