• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Almaniyada karantin aprelin 18-dək uzadıldı

DÜNYA

23 Mart 2021 | 09:42

Almaniyada karantin aprelin 18-dək uzadıldı

Almaniya kansleri Angela Merkel və federal əyalətlərin rəhbərləri karantin rejiminin 18 aprelə qədər uzadılması barədə razılığa gəliblər.

Bakıvaxtı.az TASS-a istinadən verdiyi məlumata görə, kansler koronavirus mutasiyalarının ciddi təhlükə olaraq qaldığını bildirib: "Daha çox yoluxucu olan "Britaniya" ştammı əslində yeni bir virusdur".

Hazırda Almaniyada karantin qışdakı kimi sərt deyil. Məktəblər, uşaq bağçaları, bərbərxana, gözəllik salonları, çiçək və kitab mağazaları açıqdır.

Xəstəliyə yoluxanların sayındakı artım yanvar və fevral aylarında azalsa da, mart ayından göstəricilər yenidən artmağa başlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026