• Bakı 15° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Ağsuda keçmiş məhkumlar yenidən həbsə göndərildilər

HADİSƏ

16 Mart 2024 | 12:52

Ağsuda keçmiş məhkumlar yenidən həbsə göndərildilər

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də oğurluq, eləcə də digər cinayət etdikləri üçün məhkum olunmuşlar - İlqar Məlikov, Şamil Qasımov və Adıgözəl Süleymanov saxlanılıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, A.Süleymanovdan marixuana, digər iki nəfərdən isə metamfetamin aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanıb, məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026