• Bakı 12° C

    6.42 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Ağsuda bir ailənin 3 üzvü dəm qazından zəhərləndi - YENİLƏNİB

HADİSƏ

14 Yanvar 2025 | 11:34

Ağsuda bir ailənin 3 üzvü dəm qazından zəhərləndi - YENİLƏNİB

Dünən Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə, 2 kişi, 1 qadın olmaqla, 3 nəfər hospitalizasiya olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

    Bildirilib ki, dəm qazının toksiki təsiri diaqnozu ilə sözügedən şəxslərə zəruri tibbi yardımlar göstərilib.

    Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində müalicələri davam etdirilir, vəziyyətləri stabildir.

    ***

    09:06

    Ağsuda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.

    Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaraqoyunlu kəndində baş verib.

      Hadisə nəticəsində 2014 ci il təvəllüdlü Dəniz Hacızadə, 2018-ci il təvəllüdlü Yusif Hacızadə və 2013 - ci il təvəllüdlü Xəqani Hacızadə dəm qazından zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

      Hazırda vəziyyətlərinin orta ağır olduğu bildirilir.


      Batıgöz reklamMedia İnkişaf

      SON XƏBƏRLƏR

      03 Oktyabr 2026