• Bakı 20° C

    4.06 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Ağsuda DƏHŞƏTLİ QƏZA: İki minik maşını toqquşdu, 10 nəfər... - YENİLƏNİB

HADİSƏ

09 Noyabr 2023 | 19:20 | Müəllif: Subhan Mahmudov

Ağsuda DƏHŞƏTLİ QƏZA: İki minik maşını toqquşdu, 10 nəfər... - YENİLƏNİB

Ağsu rayonunun Qaraqoyunlu kəndində baş verən ağır qəzada xəsarət alanların kimliyi bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, bunlar Ağsu sakinləri – VAZ-2107-nin sürücüsü, 32 yaşlı Abdıyev Malik Səlim oğlu, hər iki avtomobilin (digər avtomobil "Mercedes"dir - red) sərnişinləri - 33 yaşlı Osmanlı Afaq Nizaməddin qızı, 63 yaşlı Qurbanova Nəzakət Alməmməd qızı, 65 yaşlı Abbasov Kamil Musaxan oğlu, sürücünün 7 yaşlı qızı Abdıyev Səma Malik qızı, 57 yaşlı Abbasova Gülüş Salman qızı və 31 yaşlı Abdıyeva Afət Nizaməddin qızıdır.

Fakt araşdırılır.

18:48

Ağsu rayonunun Qaraqoyunlu kəndində ağır yol qəzası olub.

Bakıvaxtı.az-ın məlumatına görə, VAZ-2107 və “Mercedes” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 10 nəfərin xəsarət aldığı bildirilir.

Ağsu rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerindədir.

Fakt araşdırılır./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR