• Bakı 19° C

    3.76 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Ağır qəzada xəsarət alan Nurlan əsgər imiş - FOTO

HADİSƏ

03 Iyun 2024 | 11:01

Ağır qəzada xəsarət alan Nurlan əsgər imiş - FOTO

Xəbər verdiyimiz kimi, iyunun 1-i saat 18 radələrində İsmayıllı rayonunun Kürdmaşı kəndi ərazisində “QAZ-53” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə  “VAZ”ın sürücüsü həlak olub, maşında olan 2 sərnişin isə yaralanıb.

Bakıvaxtı.az “Qafqazinfo”nun məlumatına görə, qəzada ağır xəsarət alan 19 yaşlı Nurlan Azər oğlu Dəmirov əsgərdir. Daxili Qoşunların əsgəri olan gənc məzuniyyətdə olduğu vaxt ağır qəzaya düşüb.

Hadisə vaxtı “VAZ” markalı avtomobili idarə edən Nurlanın qardaşı 2000-ci il təvəllüdlü Dəmirov Abuzər Azər oğlu aldığı xəsarətlərdən ölüb, avtomobildə olan digər sərnişin 35 yaşlı Müşviq Abbasov da Nurlan kimi ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Ağır qəzada xəsarət alan Nurlan əsgər imiş - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026