• Bakı 12° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ağcabədi və Bərdədə ev yanıb

CƏMİYYƏT

17 Noyabr 2021 | 20:46 | Müəllif: Subhan Mahmudov

Ağcabədi və Bərdədə ev yanıb

Ağcabədi rayonunun Hindarx qəsəbəsində ümumi sahəsi 176 m² olan birmərtəbəli evin mətbəxi 9 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bərdə rayonunun Alaçadırlı kəndində isə ümumi sahəsi 24 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026