Bakının Xətai rayonunda, Ağ Şəhər ərazisində mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu barədə Bakıvaxtı.az-a FHN-dən məlumat verilib.
***
14:57
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər ərazisində mənzildə partlayış hadisəsinin baş verməsi barədə ilkin məlumat daxil olub.
Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.



jpg-1739527890.webp)



jpg-1739522359.webp)


jpg-1739517385.webp)

jpg-1739517162.webp)



