• Bakı 17° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

AFFA 3 klubu CƏRİMƏLƏDİ

İDMAN

24 May 2024 | 13:22

AFFA 3 klubu CƏRİMƏLƏDİ

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında çıxış edən üç klubu cərimələyib.

Bakıvaxtı.az xəbər verir ki, "Kəpəz" XXXV turda "Zirə"yə 0:1 hesabı ilə uduzduğu oyunda azarkeşlərin hakimlərin və rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə 1000 manat ziyana düşüb.

“Qarabağ” – “Turan Tovuz” matçından (4:3) sonra akkreditasiyası olmayan şəxslər “Zona 1”ə daxil olduğuna görə Ağdam klubu 500 manat ödəyəcək.

"Araz-Naxçıvan" isə "Qəbələ"yə uduzduğu (0:2) qarşılaşmada 5 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimələnib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026