• Bakı 25° C

    5.99 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Açıq havada maskasız gəzmək olar?- Həkimdən açıqlama

CƏMİYYƏT

07 Mart 2021 | 01:11

Açıq havada maskasız gəzmək olar?- Həkimdən açıqlama

Açıq havada olan zaman 2 metr məsafədə adam yoxdursa, maskasız gəzmək olar.

Bakıvaxtı.az xəbər verir ki, bunu ARB-24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında həkim Rauf Qasımov deyib.

"Açıq havada ətrafda kiminsə olmadığı müddətdə maska taxılmasının tərəfdarı deyiləm. Lakin karantin tədbirləri çərçivəsində qəbul edilən qaydalara əsasən, maskadan istifadə edilməlidir. Çünki insanlar bir-birilə bir çox yerdə qarşılaşa bilərlər və onlar arasında virusa yoluxmuş hansısa şəxs olarsa, 1 və 1,5 metr məsafədə digərlərinin də yoluxma ehtimalı olar", - o bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR