• Bakı 14° C

    7.9 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Abşeronda yaşayış binasında yanğın - 10 nəfər təxliyə edildi

HADİSƏ

24 Avqust 2023 | 18:03 | Müəllif: Subhan Mahmudov

Abşeronda yaşayış binasında yanğın - 10 nəfər təxliyə edildi

Abşeronda yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə edilib.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Masazır qəsəbəsində altımərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 75 m² olan 2 otaqlı mənzilin mətbəxində 2 m² sahədə məişət əşyaları yanıb. Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 12 m² sahədə əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026