• Bakı 22° C

    4.24 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

ABŞ Qəzzanın bərpasına maliyyə ayrılması barədə məlumatları təkzib edib

DÜNYA

22 Dekabr 2025 | 15:10

ABŞ Qəzzanın bərpasına maliyyə ayrılması barədə məlumatları təkzib edib

"ABŞ Qəzzanın infrastrukturunun yenidən qurulması üçün federal büdcədən təxminən 60 milyard dollar ayırmağı planlaşdırmır".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə region üçün genişmiqyaslı maliyyələşdirmə proqramı ilə bağlı mediada yayılan xəbərlərə münasibət bildirərkən Dövlət Departamentindən məlumat verilib.

ABŞ Dövlət Departamentinin Yaxın Şərq İşləri Bürosu sosial mediada yayımlanan açıqlamada bildirib: "Bu, saxta xəbərdir. Planın heç bir yerində ABŞ-nin 60 milyard dollar ödəyəcəyi deyilmir".

"The Wall Street Journal" qəzeti daha əvvəl ABŞ rəsmilərinin Qəzzanın yenidən qurulması planının 32 səhifəlik PowerPoint təqdimatını Türkiyə və Misir də daxil olmaqla, potensial donor ölkələrə təqdim etdiyini bildirib. 

Qəzetin məlumatına görə, layihə sakinlərin çadırlarda müvəqqəti məskunlaşdırılmasından müasir sahil tikintisinə və iqtisadi inkişafa qədər Qəzzanın mərhələli şəkildə bərpasını nəzərdə tutur. Layihə versiyasına görə, təşəbbüsün ümumi dəyəri on il ərzində 112,1 milyard dollar qiymətləndirilirdi.

WSJ hesabatında həmçinin deyilir ki, ABŞ layihənin müxtəlif aspektləri üçün təxminən 60 milyard dollar qrant və kredit zəmanəti təmin edərək layihədə "əsas" iştirakçı kimi çıxış edə bilər. Sənəddə iddia olunur ki, Qəzza bundan sonra özünümaliyyələşdirməyə keçməli və iqtisadi artım yolu ilə borc yükünü tədricən azaltmalıdır.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026