• Bakı 17° C

    0.53 m/s

ABŞ Polşada hərbi baza YARADIR

DÜNYA

17 Sentyabr 2026 | 22:28 | Müəllif: Subhan Mahmudov

ABŞ Polşada hərbi baza YARADIR

ABŞ Prezidenti Donald Tramp Polşada ABŞ Quru Qoşunlarının bazasının yaradılması istiqamətində ciddi irəliləyiş əldə olunduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Tramp bu barədə “Truth” sosial platformasında paylaşım edib.

“Dostum, Polşa Prezidenti Karol Navrotskinin cəsarətli rəhbərliyi sayəsində Polşada ABŞ Quru Qoşunlarının bazasının yaradılması istiqamətində böyük irəliləyiş əldə olunur. Əgər bu baş tutarsa, bazanın yerləşəcəyi ərazi çox tezliklə açıqlanacaq. Bu, ABŞ–Polşa ittifaqı üçün tarixi addım olacaq”, – deyə Tramp qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR