• Bakı 22° C

    7.08 m/s

ABŞ-də avtomobil azarkeş kütləsinə çırpılıb

DÜNYA

27 Yanvar 2025 | 18:27 | Müəllif: Subhan Mahmudov

ABŞ-də avtomobil azarkeş kütləsinə çırpılıb

ABŞ-də avtomobil Milli Futbol Liqası (NFL) təmsilçisi "Filadelfiya İqlz"ın azarkeş kütləsinə çırpılıb.

Bakıvaxtı.az-ın NBC10-a istinadən məlumatına görə, hadisə azarkeşlərin komandalarının Milli Futbol Konfransının (NFC) finalında "Vaşinqton Kommanders" üzərində qələbəsini (55:23) qeyd edərkən baş verib.

Şahidlərin sözlərinə görə, hadisə nəticəsində 30 nəfərə yaxın şəxs xəsarət alıb.

Polisdən verilən açıqlamada şübhəli şəxsin saxlanıldığı, lakin onun şəxsiyyətinin hələ müəyyənləşdirilmədiyi bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Oktyabr 2026