ABŞ-ın Oklahoma ştatında 4,5 bal gücündə zəlzələ baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanlar UTC vaxtı ilə 17:10-da Medford şəhərindən 7 km şimal-qərbdə qeydə alınıb.
Zəlzələ ocağı isə 7,9 km dərinlkdə qeydə alınıb.
Mümkün dağıntı və tələfatla bağlı məlumat yoxdur.
















