Göygöldə piyadanı vuran avtomobil aşıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Toğanalı kəndində qeydə alınıb.
Belə ki, Gəncə sakini Əli Dünyamalıyev idarə etdiyi “Niva” markalı avtomobillə 2017-ci il təvəllüdlü N. Balaşovanı vurub.
Sonradan “Niva” dərəyə aşıb. Hadisə zamanı sürücü və daha bir nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma başlanılıb.
Bakı 



