• Bakı 14° C

    5.89 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

51 yaşlı qadını döyüb, telefonunu əlindən aldılar

HADİSƏ

20 May 2024 | 12:27

51 yaşlı qadını döyüb, telefonunu əlindən aldılar

Mayın 15-i saat 14 radələrində Sumqayıt şəhərinin ərazisində naməlum şəxs Sumqayıt şəhər sakini olan 51 yaşlı qadını döyərək quldurluq etməklə onun mobil telefonunu alıb.

Bakıvaxtı.az DİN-ə istinadən xəbər verir ki, hadisədən sonra zərərçəkən Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə müraciət edib. Keçirilən tədbirlərlə hadisəni törətmiş Sumqayıt şəhər sakini əvvəllər məhkum olunmuş 1986-cı il təvəlüldlü İlqar Şirinov saxlanılıb.

Araşdırmalar davam etdirilir.

    Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    02 Oktyabr 2026