• Bakı 13° C

    1.51 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

21 yaşlı oğlan anasını öldürməkdə şübhəli bilinərək saxlanıldı

HADİSƏ

20 Avqust 2024 | 09:02

21 yaşlı oğlan anasını öldürməkdə şübhəli bilinərək saxlanıldı

Avqustun 20 -də 05 radələrində Mingəçevir şəhərində 1979-cu il təvəllüdlü Çıraqova Natella Tapdıq qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, 2003-cü il təvəllüdlü oğlu Çıraqov Rəşad Xalid oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Mingəçevir şəhər prokurorluğundan bildirilib ki, avqustun 20-də saat 5 radələrində Mingəçevir şəhəri ərazisində 1979-cu il təvəllüdlü Natella Çıraqovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 2003-cü il təvəllüdlü Rəşad Çıraqovun şəxsi münasibətlər zəminində anası Natella Çıraqovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Rəşad Çıraqov iş üzrə şübhəli şəxs qismində tutulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Oktyabr 2026