• Bakı 26° C

    8.6 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı 

İDMAN

02 Avqust 2026 | 17:02

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı 

Arda Gülər Joze Mourinyonun rəhbərliyi altında qurulan yeni "Real Madrid" layihəsinin əsas fiqurlarından biri olmağa namizəddir. Türkiyə millisinin gənc ulduzu "Fiorentina" ilə keçirilən yoxlama oyununda Madrid təmsilçisinin ən parlaq futbolçularından biri kimi diqqət çəkib.

Bakıvaxtı.az Musavat.com-a istinadla xəbər verir ki, Madrid klubu görüşdə 2:0 hesabı ilə önə keçsə də, üstünlüyünü qoruya bilməyib və qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Oyuna start heyətində başlayan Arda Gülər meydanda 87 dəqiqə çıxış edib. Göstərdiyi performans həm azarkeşlərin, həm də İspaniya mətbuatının rəğbətini qazanıb. İspaniyanın AS nəşri gənc futbolçunu Mourinyonun "Real Madrid"ində "yeni Məsut Özil" adlandırıb.

Nəşrin yazdığına görə, Arda Gülər Avstriya toplanışının ən çox seçilən futbolçularından biridir və Mourinyonun oyun sistemində Məsut Özilin vaxtilə oynadığı yaradıcı rolun yeni sahibi ola bilər.

Məqalədə qeyd olunur:

"Mourinyo dövrünün ilk ciddi sınağı maraqlı və ümidverici ilk hissə ilə yadda qaldı. Lakin ikinci hissədə komandanın fiziki hazırlığında müəyyən çatışmazlıqlar hiss olundu. Bundan başqa, əsas heyətdə mövsüm ərzində müntəzəm çıxış edəcək futbolçuların böyük hissəsinin hələ komandaya qoşulmaması da diqqətdən yayınmadı. Əslində, "Fiorentina"ya qarşı meydana çıxan start heyətində yalnız üç futbolçunun yeri demək olar ki, təmin olunmuşdu: Denzel Dumfris, Federiko Valverde və Arda Gülər. Avstriya toplanışının ən böyük müsbət cəhəti isə məhz türk futbolçunun oyuna göstərdiyi təsir oldu. Arda artıq "Real Madrid"də keçirdiyi üçüncü mövsümdə tam yetişmiş futbolçu təsiri bağışlayır və meydanda özünü sərbəst şəkildə ifadə edir. O, Mourinyonun ikinci "Real Madrid" dövrünün "yeni Məsut Özil"i olacaq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Avqust 2026