• Bakı 30° C

    2.79 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

19 bank ləğv edildi - Əmanətlərin sayı...

İQTİSADİYYAT

25 Iyul 2026 | 18:07

19 bank ləğv edildi - Əmanətlərin sayı...

Azərbaycanda ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği 2,36 milyard manat olub.

Bakıvaxtı.az xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun Maliyyə departamentinin direktor müavini Aygün Balıyeva Milli Mətbuat Günü ilə bağlı təşkil edilmiş Dialoq və Əməkdaşlıq Forumunda deyib.

Onun sözlərinə görə, bütün ləğv prosesində olan 19 bank üzrə ümumilikdə 651 768 əmanətçi olub: "Əmanətlərin ümumi məbləği 2 milyard 364 milyon 255 min manat təşkil edib. Bu əmanətçilərdən 63 min 888-nə ödəniş həyata keçirilib. Ümumi əmanətlərin 1 milyard 761 milyon 564 min manatı qorunan, yəni sığortalanan və kompensasiya olunan əmanətlərdir. Həmin məbləğin 1 milyard 729 milyon 887 min manatı əmanətçilərə ödənilib ki, bu da 98 % təşkil edir".

Onun fikrincə, əmanətçilərin sayına gəldikdə isə nəzərə almaq lazımdır ki, 518 min müştərinin hesabında qalıq 1 manat və ya ondan aşağı olub: "Buna görə də əmanətçilərin ümumi sayı yüksək görünsə də, ödəniş alanların sayı nisbətən azdır. Bunun əsas səbəbi həmin 518 min əmanətçinin hesabında cəmi 1 manat və ya daha az vəsaitin olmasıdır".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Iyul 2026