• Bakı 18° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

13 yaşlı qız dəm qazından boğuldu - YENİLƏNİB

HADİSƏ

20 Dekabr 2025 | 19:02

13 yaşlı qız dəm qazından boğuldu - YENİLƏNİB

"20.12.2025-ci il tarixində saat 15:40 radələrində 2012-ci il təvəllüdlü azyaşlı (qadın) yaxınları tərəfindən Goranboy Rayon Mərkəzi Xəstəxanasına gətirilərkən həyat əlaməti müşahidə olunmayıb".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Goranboy Rayon Mərkəzi Xəstəxanasının məlumatında bildirilib.

"Həkimlər tərəfindən azyaşlının ölüm halı təsdiq olunub", - deyə məlumatda qeyd edilib.

***

15:54

Goranboyda bədbəxt hadisə baş verib.

Bakıvaxtı.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Məşədiqaralar kəndində baş verib.

Kənd sakinin 2012-ci il təvəllüdlü N.Cəfərova yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.

Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026